AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanda sahibkarlar üçün təlim keçirilib

  • + A
  • - A
  • 24-06-2024, 11:25

    Naxçıvanda sahibkarlar üçün təlim keçirilib

    İxracatçılara göstərilən dəstək mexanizmləri, müraciət qaydaları, malların ixracı zamanı idxal olunan xammalların gömrük rüsumları və vergilərdən azad edilməsi və s. barədə məlumat verilib.
    Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə İxrac Akademiyası layihəsi çərçivəsində sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə təlim keçirilib. Tədbirdə kimya və avtomobil sənayeləri, qida və inşaat sektorlarında fəaliyyət göstərən 23 Naxçıvan şirkətinin nümayəndələri iştirak edib.
    Təlim zamanı AZPROMO-nun fəaliyyət istiqamətləri və dəstək mexanizmləri, müraciət qaydaları, daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ixracı zamanı idxal olunan xammalların gömrük rüsumları və vergilərdən azad edilməsi barədə məlumat verilib, ixracın təşviqi mexanizmlərinə dair təqdimat nümayiş olunub. Bundan başqa, təlimçilər qismində tədbirə cəlb olunmuş Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan MR Dövlət Vergi Xidməti, Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən təlim iştirakçılarına ixraca dair beynəlxalq standartlar və tələblər, ixrac zamanı tələb olunan sertifikatlar və sertifikatlaşdırılma, subsidiyaların verilməsi, malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələlərinə dair ətraflı məlumat verilib.
    Naxçıvanda fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi ilə tanışlıq olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR