AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda bütün mehmanxana və hotellər ulduz kateqoriyası əldə etməlidir

  • + A
  • - A
  • 3-07-2024, 17:15

    Azərbaycanda bütün mehmanxana və hotellər  ulduz kateqoriyası əldə etməlidir

    Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçirilir.
    Azadmedia.az xəbər verir ki, tədbirdə qonaqları salamlayan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi ki, ulduz təsnifatı müasir dünya standartlarının tətbiqinə, istehlakçılara, yəni turistlərə daha düzgün seçim etməyə və gözləntilərlə təklif olunan xidmətlərin üst-üstə düşməsinə təkan verəcək.
    Sədrin sözlərinə gözə artıq ölkəmizdə hotelçilik yeni inkişaf mərhələsindədir.
    Turizmin əsas dayaq istiqamətlərindən biri kimi hotelçiliyin inkişafı bütövlükdə sənaye üçün olduqca vacib amildir:
    "Ölkənin müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarlar birbaşa təsir edir.
    Bunların qiymətləndirilməsi isə hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkündür.
    Bu həm də qanunvericiliyin tələbidir.
    “Turizm haqqında” Qanuna əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana - hotel fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.
    Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib.
    Onların arasında beş, dörd, üç, iki və bir ulduzlu hotellər mövcuddur.
    Bir çoxları qüsurları düzəldərək təsnifatdan keçsələr də, hələ də ulduz təsnifatının tələblərinə cavab verməyən hotellər mövcuddur. Onlara 3 ay vaxt verilib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR