Bakı şəhəri İslam Səfərli küçəsi 12 ünvanında yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən alınıb.
Azadmedia.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Nuridə xanım bildirib ki, həmin tarix-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edildikdən sonra, taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb. Qanunsuz müdaxilə ötən gün baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.