AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Milli səs” yarışması başlayır! - Space TV-də - VİDEO

  • + A
  • - A
  • 28-07-2022, 16:20

    “Milli səs” yarışması başlayır! - Space TV-də - VİDEO

    Azərbaycan xalq musiqinin, milli estradasının təşviqinə və təbliğinə hər zaman dəstək olan Space TV ən çox danışılan, müzakirə olunan yeni layihəni təqdim edir. Korifey sənətkarların ifasında səslənən təkrarsız mahnılar, ruh oxşayan təsniflər, bəstəkarların şah əsərləri indi yenidən səslənəcək. Yeni simaların ifasında tam fərqli formatda – “Milli səs” adlı musiqi yarışmasını ekranlarınıza gətiririk.

    Gənc istedadların üzə çıxarılması, peşəkar musiqiçilərin onları düzgün istiqamətləndirməsi layihənin əsas hədəflərindəndir. “Milli səs”in təşkili, eyni zamanda, son vaxtlar həm milli musiqimizdə, həm də milli estradamızda sezilməyə başlayan yad səslərin, boğazların, ifa tərzinin aradan qaldırılmasına xidmət edəcək.
    Xalq və bəstəkar mahnılarını ifa edən, səsinə güvənən, 16 yaşından yuxarı hər kəs bu yarışmaya qatıla bilər.

    Oxu, ifanı telefona çək və video görüntünü 055 309 94 94, 070 309 94 94 nömrələrinə whatsapp vasitəsi ilə göndər, qeydiyyata düş və yarışmaya qatıl!
    Ulduz olmaq arzun Space də gerçək olsun! Sən də oxu! Milli SƏS ol!
    Gəl, ulduzun parlasın!

    Qeydiyyat üçün əlaqə nömrələri:
    055 309 94 94
    070 309 94 94


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR