AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək

  • + A
  • - A
  • 5-08-2022, 18:53

    SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək

    Oktyabrın 25-da Heydər Əliyev Sarayında dünya şöhrətli bəstəkar, opera və estrada müğənnisi SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək.

    Yubiley gecəsində görkəmli, təkrarolunmaz Müslüm Maqomayevin repertuarından ən populyar musiqi kompozisiyaları ifa olunacaq və onun həyatından bəhs edilən videoçarx nümayiş olunacaq.

    Qeyd edək ki, Xalq artisti Emin konsertdə xüsusi qonaq qismində çıxış edəcək.

    Saat 19:00-da başlayacaq yubiley konsertinin biletləri şəhərin kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR