AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçiriləcək

  • + A
  • - A
  • 6-09-2022, 10:19

    Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçiriləcək


    Sentyabrın 16-da Qarabağın mühüm şəhərlərindən biri, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçiriləcək.

    Report xəbər verir ki, Türk Dövlətləri Təşkilatı üzvlərinin iştirak edəcəyi forumda Qarabağın bərpası, əməkdaşlıq, sərmayə, biznes və digər məsələlər müzakirə olunacaq.

    Forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Türkiyə Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu, həmçinin Özbəkistan, Qırğızıstan və Türkmənistanın ticarət və sənaye palatalarının rəhbərləri, eləcə də bu ölkələrin dövlət qurumları və müxtəlif təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

    Biznes forumda müxtəlif qurumlararası görüşlər də keçiriləcək. Görüşlər 7 sektor üzrə təşkil olunacaq. Müzakirələrdə tikinti (yaşıl infrastruktur), kənd təsərrüfatı və qida, bərpa olunan enerji, yüngül sənaye (toxuculuq, maşınqayırma, ehtiyat hissələri), turizm, mədənçıxarma və informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətləşmələr aparacaq. Eyni zamanda razılaşdırılmış sahələr üzrə yeni əməkdaşlıqlar və investisiyalar ediləcək.

    Forumda xüsusən Türkiyə şirkətlərinin yaxından iştirak edəcəyi bildirilir. Bu mənada, xüsusən də bərpa olunan enerji ilə bağlı müxtəlif danışıqların davam etdiyi məlumdur. Daha əvvəl Azərbaycanda səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bununla bağlı anons verib:

    “Azərbaycanın bərpa olunan enerji ilə bağlı ciddi hədəfləri var. Xüsusilə də işğaldan azad edilmiş Qarabağda yaşıl enerji hədəfləri mövcuddur. Türkiyədə bu sahədə təcrübəsi olan şirkətlərin rəsmiləri Azərbaycanda görüşlər keçirəcək, müzakirələr aparacaqlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR