Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə Misir Parlamentinin Dini məsələlər və vəqflər Komitəsinin sədri Əli Cümə tərəfindən təbrik məktubu ünvanlanıb.
Məktubda komitə sədri 8 noyabr – Zəfər Günü münasibətilə arzu və təbriklərini çatdırıb. Bildirib ki, bu zəfərlə qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Qeyd edib ki, bu, ölkənin, hətta regionun inkişafına və çiçəklənməsinə töhfə verəcək və dünyada sülhü təşviq edəcəkdir.
Misir Parlamentinin komitə sədri məktubunda Azərbaycan Respublikasının cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında daim azad, əmin-amanlıq və çiçəklənmə içində yaşaması diləklərini ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.