ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana pul yardımını iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artırmaq qərarına gəlib. Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq sazişi baş nazirin müavini Mher Qriqoryan və USAİD-in Ermənistan nümayəndəliyinin direktoru Con Alelo imzalayıb.
"Genişləndirilmiş saziş təbii fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək", - mesajda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.