AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan Səfiri Azərbaycanın Nazirlər Kabineti Aparatının Rəhbəri ilə görüş keçirib

  • + A
  • - A
  • 21-09-2024, 13:17

    Qazaxıstan Səfiri Azərbaycanın Nazirlər Kabineti Aparatının Rəhbəri ilə görüş keçirib

    Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycanın Nazirlər Kabineti Aparatının Rəhbəri Rüfət Məmmədovla görüş keçirib.

    Görüşdə ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika və enerji sahələrində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

    R. Məmmədov son iki il ərzində Qazaxıstan və Azərbaycan dövlət başçılarının 9 qarşılıqlı səfərinin baş tutduğunu və bununla ikitərəfli əməkdaşlığın inkişafına güclü təkan verildiyini qeyd edib. Hökumət başçıları və hökumətlərarası komissiyalar səviyyəsində sıx əlaqələrin davam etdirilməsinin zəruriliyi də ifadə edilib.

    Bu kontekstdə tərəflər Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TBNM), Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilməsi, Qazaxıstan enerji daşıyıcılarının Azərbaycan ərazisi vasitəsilə tranziti, həmçinin Xəzərin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsi ilə bağlı yeni layihənin hazırlanması kimi iri müştərək layihələrin uğurla həyata keçirildiyini vurğulayıblar. Ayrıca diqqət mədəni-humanitar əlaqələrin inkişafına yetirilib.

    Səfir A. Bayel Qazaxıstanın Bakıdakı diplomatik missiyaya hərtərəfli dəstəyə görə həmsöhbətinə təşəkkürünü bildirib və Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. Diplomat, bu il təsis olunan və ilkin həcmi 300 milyon ABŞ dolları olan Qazaxıstan-Azərbaycan İnvestisiya Fondunun da cəlb edilməsi ilə yeni birgə layihələrin həyata keçirilməsində Qazaxıstan tərəfinin maraqlı olduğunu bildirib. Bundan başqa, o, Qazaxıstan şirkətlərinin Azərbaycanda, o cümlədən Qarabağ regionunda müxtəlif növ infrastruktur obyektlərinin tikintisində iştirak etməyə hazır olduğunu qeyd edib.

    A. Bayel həmçinin Qazaxıstanda kənd təsərrüfatı məhsulların bolluğundan söz açıb və Azərbaycana tədarükünün artırılmasına hazır olduğunu bildirib. Azərbaycanın Nazirlər Kabineti Aparatının Rəhbəri öz növbəsində Azərbaycan tərəfinin buğdanın və digər məhsullarının idxalında maraqlı olduğunu və Qazaxıstan tərəfinin təklifini nəzərdən keçirəcəyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR