Çin 28 Amerika şirkətinə qarşı ixraca nəzarət tədbirlərini və ABŞ-dan daha 17 şirkətə qarşı etibarsız subyektlər siyahısında hərəkəti 90 gün müddətinə dayandırıb. Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.
Departament qeyd edir ki, Çin Xalq Respublikası ilə ABŞ arasında Cenevrədə (İsveçrə) yüksək səviyyəli ticarət-iqtisadi danışıqlarda əldə olunmuş konsensusun həyata keçirilməsi məqsədilə 2025-ci il mayın 14-dən yuxarıda qeyd olunan tədbirlərin 90 gün müddətinə dayandırılması barədə qərar qəbul edilib.
Xatırladırıq ki, aprelin 4 və 9-da Çin Xalq Respublikasının Ticarət Nazirliyi ümumilikdə 28 Amerika təşkilatını ixrac nəzarəti siyahısına daxil edib və onlara ikili təyinatlı malların ixracını qadağan edib, həmçinin daha 17 Amerika şirkətini etibarsız subyektlər siyahısına əlavə edib.
Xatırladaq ki, mayın 10-11-də İsveçrədə ticarət-iqtisadi məsələlər üzrə Çin-Amerika danışıqları baş tutub. Nəticədə ABŞ və Çin bir-birlərinə tətbiq etdikləri ixrac rüsumlarını 90 gün müddətinə azaltmaq barədə razılığa gəliblər.
Bundan əlavə, birgə bəyanata görə, Pekin və Vaşinqton da iqtisadi və ticarət əlaqələrinin müzakirəsini davam etdirmək üçün mexanizm yaradacaqlar. Bu müzakirələr növbə ilə Çin və ABŞ-da və ya tərəflərin razılığı ilə üçüncü ölkədə keçirilə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.