İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bu gün bildirib ki, ABŞ ilə danışıqların növbəti mərhələsi iyunun 12-də deyil, 15-də baş tutacaq.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bu gün bildirib ki, İran və ABŞ arasında İranın nüvə məsələsi üzrə dolayı danışıqların altıncı raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcək.
İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Ərakçinin iyunun 11-12-də paytaxt Osloda keçiriləcək konfransda iştirak etmək üçün Norveçə gedəcəyi ilə bağlı tarixə düzəlişlər edilib.
Xatırladırıq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp gələn cümə axşamı, iyunun 12-də İranla danışıqların yeni raundunun keçiriləcəyini elan etmişdi.Eyni zamanda o, Amerika tərəfinin hələ də nüvə sazişi ilə bağlı təkliflərə İslam Respublikasının cavablarından razı olmadığını vurğulamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.