AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransı keçiriləcək

  • + A
  • - A
  • 28-06-2022, 21:32

    Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin  Konfransı keçiriləcək

    İyunun 30-da ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı keçiriləcək. Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.
    Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.
    Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
    Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərində olacaq, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR