Bolqarıstanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı
Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 16-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovu hava limanında Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və digər rəsmi şəxslər yola salıblar.