Böyük Britaniya Rusiyanın üç metalına - mis, nikel və alüminiuma qarşı ABŞ-ın sanksiyalarına qoşulub. Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Belə ki, London aprelin 12-də saat 23:59-dan sonra istehsal olunmuş metalları qlobal birjada Böyük Britaniyadan olan, eləcə də onun vətəndaşı olmayan, lakin ölkədə yerləşən şəxslərə almasını qadağan edib.
London Metal Birjası (LME) və Çikaqo Ticarət Birjasının (CME) Rusiyada istehsal olunan yeni alüminium, mis və nikelin artıq ticarətini həyata keçirməyəcəyi aydınlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.