İran prezidenti İbrahim Rəisi bildirib ki, İsrail hücuma cavab olaraq İslam Respublikasının iqtisadiyyatını sarsıtmağa cəhd edə bilər. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
Rəisinin sözlərinə görə, İran belə hadisələrə hazırdır. Ölkənin hakimiyyət orqanları iqtisadiyyatın sabitliyini dəstəkləmək üçün bütün lazımi tədbirləri operativ şəkildə həyata keçirəcək.
İran prezidenti İsrailə qarşı zərbəni güclü, tarixi və qalibiyyətli əməliyyat adlandırıb. O vurğulayıb ki, hazırda İslam Respublikası öz gücünün zirvəsindədir.
Bundan əvvəl İsrail prezidenti İsaak Hersoq yəhudi dövlətinin İranla müharibə istəmədiyini və təmkin nümayiş etdirərək onun hücumuna cavab tədbirləri üzərində çalışdığını bildirib.
ABŞ ordusu İsrailə zərbə endirmək üçün nəzərdə tutulan 80-dən çox pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.