Gözünü Vətən üçün qurban verən Qazi: "2 ildə Kəlbəcər icra hakimiyyəti və deputat bir dəfə olsun qapımı açmayıb"Mənə daha bir Qazinin üsyan, narazılıq dolu facebook statusunu yolladılar. Bədbəxt hadisə baş verməmiş qarşısının alınması məqsədi ilə Qazimizlə əlaqə saxladım. Onu siz də tanıyın:
Elvin Tapdıq oğlu Fərəcli minlərlə Vətən Müharibəsi iştirakçılarındandır. Vətən üçün Ağdərə uğrundakı döyüşlərdə bir gözünü qurban verib. Kəlbəcər sakini olsa da, Tərtərdə atasıgillə bərabər yaşayır, atasının minbir əziyyətlə tikdiyi evdə. Elvin Tərtər rayonunda xəstəxanada mühafizəçi işləyir. 2 övladı var. Həyat yoldaşı məşğulluq vasitəsilə xadimə işinə cəlb edilsə də, xanıma mininum əmək haqqı belə verilmir. 100-140 manat olmaqla müxtəlif məbləğli maaşlar verilir. 3-cü qrup əlil olan Qazimiz deyir, Tərətər rayon rəhbərliyindən heç bir şikayətim, narazılığım yoxdur. Amma 2 ildə Kəlbəcər rayonundan 1 nəfər də olsa, qapımı açıb maraqlanmayıb. "Cəsur döyüşçü" və "Suqovuşanın azad edilməsi uğrunda" medalları ilə təltif edilən Elvin Fərəcli Kəlbəcər RİH başçısı Azər Qocayevdən və deputatları Aqil Məmmədovdan incikdir. Doğrudanmı 2 il ərzində Kəlbəcər rayon rəhbərliyi və deputatının Qazi ilə maraqlanmağa vaxtı olmayıb? Mövzunu diqqətdə saxlayacağam.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.