AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Trend” agentliyi və Modern.az saytının ad günüdür

  • + A
  • - A
  • 1-09-2022, 15:17



    Bu gün “Trend” İnformasiya Agentliyi və Modern.az saytının ad günüdür.

    “Trend” Agentliyi 27 il bundan əvvəl yaradılıb. Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan Trend Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində gündə təxminən 500 məqalə dərc edir.

    “Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.

    Modern.az saytın fəaliyyətə başlamasından isə 13 il ötür. 2009-cu ilin sentyabrın 1-də yaradılan sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

    Hər iki qurumda çalışan həmkarlarımızı təbrik edirik!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR