Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gəlib.
Azadmedia.az xəbər verir ki, Baş naziri “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.
Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.
Qeyd edək ki, mayın 20-də rəsmi səfər çərçivəsində Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.