AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-da ikili diplom layihəsi uğurla davam edir

  • + A
  • - A
  • 30-06-2021, 22:02


    ADAU-da ikili diplom layihəsi uğurla davam edir.
    Tələbə 3 il Gəncədə, bir il isə İzmirdə təhsil almaqla hər iki universitetin diplomunu almaq hüququ əldə edir. Bütün dərsləri Türkiyəli müəllimlər tədris edirlər.
    Azadmedia az xəbər verir ki, bu barədə ADAU-nun rektoru, professor İbrahim Cəfərərov öz.şəxsi faceebok səhifəsində məlumat verib.
    Rektorun məlumatını olduğu kimi dərc edirik:
    "Dəyərli dostlar, əziz abituriyentlər, hörmətli valideynlər!
    Bu gün çox ciddi və müasir infrastruktura malik olan Azərbaycan Dövlət Aqrar Universitetində Sizə təqdim edilən 30 ixtisas ilə yanaşı, 4 ixtisas (aqronomluq, bitki mühafizəsi, aqrar mühəndislik və aqrar iqtisadiyyat) üzrə ikili diplom layihəsi qardaş Türkiyə Cümhuriyyətinin İzmir şəhərində yerləşən Ege Universiteti ilə ikinci ildir ki, həyata keçirilir. Tələbə 3 il Gəncədə, bir il isə İzmirdə təhsil almaqla hər iki universitetin diplomunu almaq hüququ əldə edir. Bütün dərsləri Türkiyəli müəllimlər tədris edirlər. Xahiş edirəm bu fürsəti əldən verməyin".
    Elnurə




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR