AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BAŞ DİREKTOR BİRLİYİN ƏMƏKDAŞLARINI MÜKAFATLANDIRDI VƏ İFTAR SÜFRƏSİNƏ DƏVƏT ETDİ

  • + A
  • - A
  • 23-04-2022, 21:17

    BAŞ DİREKTOR BİRLİYİN ƏMƏKDAŞLARINI MÜKAFATLANDIRDI VƏ İFTAR SÜFRƏSİNƏ DƏVƏT ETDİ

    SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran rayonunda bir qrup Birlik əməkdaşı ilə görüşüb. Görüşdə Birlik rəhbəri ilə yanaşı, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov da iştirak edib. Baş direktor hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə də yaxından maraqlanıb. Birlik rəhbəri nəzarətçi-çilingərlərin Birliyin fəaliyyətində mühüm rol oynadığını bildirərək, üzərlərinə düşən məsuliyyətli işi layiqincə icra etdiklərinə görə onlara təşəkkür edib. Birlik rəhbəri Lənkəran Regional qaz istismarı İdarəsinin tabeliyində olan xidmət sahələrinin ümumilikdə 28 əməkdaşını "Azəriqaz" İstehsalat Birliyində faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıb. Daha sonra baş direktor
    Ramazan ayının həmrəylik, dostluq, mərhəmət və ruzi ayı olduğunu qeyd edərək, mükafatlanan hər bir əməkdaşı iftar süfrəsinə dəvət edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR