AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİNİN 2 MİLYON 400 MİNİNCİ ABONENTİ MƏLUM OLDU - Video

  • + A
  • - A
  • 29-01-2022, 14:55

    “AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİNİN 2 MİLYON 400 MİNİNCİ ABONENTİ MƏLUM OLDU - Video

    “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 400 mininci abonentinin adı məlum olub. O, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Ədalət küçəsində qeydiyyatda olan Sevil İsgəndərova Canəkbər qızıdır. Ailənin maddi durumunda sıxıntılar olduğundan “Azəriqaz” İB bu fərdi yaşayış evinin qazlaşdırılmasını öz üzərinə götürüb. Aparılan hesabatlar zamanı təsadüfi olaraq Sevil xanımın 2 milyon 400 mininci abonent olduğu məlum olub. Bu məqsədlə Birliyin baş direktoru Ruslan Əliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov abonentin fərdi yaşayış evini ziyarət ediblər. Görüş zamanı baş direktor tərəfindən abonentin ailə başçısına təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub. Birliyin baş direktoru ailənin həyat şəraiti və qayğıları ilə də yaxından maraqlanıb. Ailənin maddi durumunun çox ağır olduğunu öyrənən Birlik rəhbəri ailə başçısı Bəhruz Zalovun “Azəriqaz” İB-də müvafiq işlə də təmin olunacağını bildirib. Ailə başçısı belə bir həssas dönəmdə ona diqqət göstərdiyinə görə “Azəriqaz” İB-nin rəhbərinə minnətdarlığını bildirib.
    Daha ətraflı video materialdan izləyə bilərsiz:




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR