SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyası bu gün Siyəzən rayonunda qurulub. Sakinlər onları maraqlandıran suallara elə yerindəcə cavab tapdıqları üçün keçirilən aksiyadan məmnunluqlarını bildiriblər. Görüşdə qaz sayğacının quraşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və s. kimi müraciətlər ünvanlanıb. Sakinlərin səsləndirdikləri hər bir müraciət aksiyada iştirak edən Birlik nümayəndələri tərəfindən qeydə alınıb. Bildirək ki, bütün müraciətlər “Azəriqaz” İB-nin rəhbərliyinin tapşırığına uyğun olaraq araşdırılacaq və həlli istiqamətində müvafiq qərarlar veriləcək
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.