AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neftçalada tədqiqatçı-jurnalist Böyükağa Mikayıllı ilə görüş keçirilib

  • + A
  • - A
  • 9-08-2022, 10:31

    Neftçalada tədqiqatçı-jurnalist Böyükağa Mikayıllı ilə görüş keçirilib

    Neftçala rayon Heydər Əliyev Mərkəzində təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist, Böyükağa Mikayıllının rayon təhsil işçiləri, ümumtəhsil məktəb müəllimləri ilə görüşü keçirilib.
    Azadmedia.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Könül Məmmədova jurnalistin dünyanın aparıcı ali təhsil müəssisələri, məşhur müəllif məktəbləri, təhsil sistemləri, qlobal təhsil layihələri, məktəbəqədər təhsil müəssisələri, dünyanın müasir təhsil, elmi jurnalların inkişaf problemləri, pedaqoji fikir tarixi, qabaqcıl pedaqoji təcrübənin yayılması və s. ilə bağlı bir çox tədqiqatlarından söhbət açıb.

    Müəllifin həyat və fəaliyyətindən ibarət videoçarx nümayiş olunduqdan sonra qonaqlar çıxış edərək təhsil sahəsində bir sıra beynəlxalq və respublika miqyaslı layihənin ideya müəllifi və koordinatoru olan Böyükağa Mikayıllıya Azərbaycan müəlliminin, təhsil işçisinin, təhsil tədqiqatçılarının qarşısında dünyanın təhsil mənzərəsinə açdığı pəncərədə nailiyyətlər arzu ediblər. Vurğulayıblar ki, B.Mikayıllının tədqiqat işləri dünyanın təhsil mənzərəsini təsəvvür etmək baxımından əhəmiyyətlidir.

    Tədbirdə çıxış edənlər bildiriblər ki, müəllifin 1200-dən çox məqaləsi var və məqalələri xarici ölkələrin elmi, ədəbi jurnallarında dərc edilib. “Azərbaycanın təbiət abidələri”, “İşıq”, “Yaradıcılıq axtarışları”, “Müasir dərs, yeni yanaşmalar”, “Bir ömrün simfoniyası”, “Bir səma altında”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası”, “Yanuş Korçak: Dahi pedaqoqlar silsiləsindən”, “Stiven Hokinq – təslim olmayan adam”, “Dünyanın təhsil mənzərəsi” və digər kitabların müəllifidir. Kitablar türk, rus, ingilis və Ukrayna dillərinə tərcümə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR