Bu barədə “Bugun.tv”yə Yunus Əmrə İnstitutunun direktoru Səlcuq Qaraqılınc məlumat verib. Onun sözlərinə görə 29 okyabr tarixində Bakıda Bir millət, iki dövlət olan “Qardaşlıq Dastanı” adlı layihə gerçəkləşdiriləcək.
Paytaxtda 3 gün davam edəcək bu teatr-rəqs nümayişi daha sonra Gəncədə təşkil olunacaq. Noyabr ayının 2-si və 3-ü tarixlərində yerli sakinlər Türkiyənin məşhur aktyor və aktrisalarının iştirak etdiyi, özündə mərd, cəsur Turan elinin igidlərinin şücaətini, keçmişini, tarixini və bu gününü əks etdirən möhtəşəm səhnələri, kompazisiyaları izləyə biləcəklər.
Səlcuq Qaraqılıncın sözlərin görə, dünya turuna çıxan Bir millət, iki dövlət - “Qardaşlıq Dastanı” teatr proqramı ilk açılışını Azərbaycanda edir.
Truppanın daha sonra digər ölkələrə - Meksika və Japoniyaya qastrol səfərinə yola düşəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.