AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yeni Çağ” 15 yaşında - Bu gün onların ÇAĞIDIR

  • + A
  • - A
  • 5-09-2022, 10:06

    “Yeni Çağ” 15 yaşında - Bu gün onların ÇAĞIDIR

    “Yeni Çağ” 15 yaşını qeyd edir. Fəaliyyətə qəzetçiliklə başlayan “Yeni Çağ” zamanın tələbinə uyğun olaraq onlayn qəzet kimi fəaliyyətə başlasa da, qısa zamanda özünü inkişaf etdirən media qurumlarından birinə çevrildi. “Yeni Çağ” 5 sentyabr 2007-ci ildən etibarən yenicag.az domenilə fəaliyyət göstərməyə başlayıb. Kollektivin gərgin əməyinin nəticəsində oxucular arasında etibarlı xəbərin ünvanı kimi tanınan “Yeni Çağ” xarici auditoriyaya da informasiya ötürmək funksiyasını həyata keçirir. 2016-cı ildən yenicag.ru və yenicag.info, 2018-ci ildən isə yenicag.tv domenləri ilə fəaliyyətini davam etdirən “Yeni Çağ” ölkə sərhədlərindən kənarda da oxucu kütləsi formalaşdırıb.
    Artıq Media Qrup halını alan “Yeni Çağ” türk dövlətləri, həmçinin dünyada baş verən proseslər, hadisələr haqqında oxuculara məlumat verməklə yanaşı, müxtəlif analitik yazılar, araşdırma materialları, sosial, siyasi, iqtisadi təhlilləri ilə də seçilir:
    “Yeni Çağ” Media Qrupu bir sıra siyasi, sosial, iqtisadi, mədəni layihələr həyata keçirir. Oxuculara gün ərzində baş verən hadisələrin xülasəsinin çatdırıldığı “Xəbər Çağı”, dünyada və ölkəmizdə baş verən hadisələr, aktual mövzuların özünəməxsus şəkildə şərh edildiyi “A-dan Z-yə Aqil Ələsgərlə”, siyasi gündəmin ələ alındığı, debatların təşkil olunduğu “Müzakirə vaxtı”, II Qarabağ Müharibəsindən bəhs edən “Müharibə gündəliyi” və digər layihələr onları izləyicilərə daha da yaxın edib. “Yeni Çağ” Media Qrupu beynəlxalq tədbirlərin sadəcə media dəstəkçisi olmaqla, fəaliyyətini yekunlaşdırmır, həmçinin təşkilatçısı olduğu beynəlxalq forum, konfrans və simpoziumlarla həm ölkə daxilində, həm də xaricdə adından söz etdirməyi bacarıb. “Yeni Çağ”ın təşkilatçılığı ilə baş tutan tədbirlərdə Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, İraq və digər ölkələrdən tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər iştirak edib və hər bir tədbir Azərbaycanla bərabər həmin ölkələrin mətbuatında da geniş işıqlandırılıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ön sıralarda dayanan “Yeni Çağ”ın həyata keçirdiyi “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası çərçivəsində edilən paylaşımlar sosial medianın dünya trendinə düşüb. Türkiyənin regional televiziya və onlayn mediasını öz ətrafında toplayan Anadolu Yayınçılar Dərnəyi, “Haber 7” başda olmaqla ən nüfuzlu türk saytları, Qazaxıstanın tanınmış informasiya portalları olan “Newsroom.kz”, “Turkistan.today” və “Turkistannews.kz” saytları, Qırğızıstanın “Manas” radiosu, Gürcüstanın “The Georgian Times”, “Aktual.Ge” saytları ilə ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur.
    Bu əlaqələrin faktiki nəticəsidir ki, II Qarabağ Savaşı zamanı Çexiya, Ukrayna, Estoniya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkiyə və ərəb mediasında müntəzəm olaraq, çıxış edərək, informasiya savaşı aparırdılar.
    Hədəfləri Azərbaycanın bir markası olaraq, dünya mediası arasında layiq olduğu yeri tutmaq olan “Yeni Çağ”çılar hədəfə çox yaxınlaşıb.
    Biz də Azadmedia.az kollektivi adından həmkarlarımızı təbrik edirik. Onlara bol İP və oxucu sevgisi arzulayırıq.
    Əziz “Yeni Çağ” kollektivi 15 yaşınız mübarək!

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR