AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İctimai iştirakçılıqla əlaqədar monitorinqlər keçiriləcək

  • + A
  • - A
  • 6-09-2022, 12:25

    İctimai iştirakçılıqla əlaqədar monitorinqlər keçiriləcək

    İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İctimai iştirakçılıq ilə bağlı şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının monitorinqi” layihəsinin icrasına başlayib.
    Azadmedia.az xəbər verir ki, bu barədə layihənin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib.

    Təşkilat sədri qeyd edib ki, layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarında ictimai iştirakçılıqla əlaqədar şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının monitorinqini həyata keçiriləcək. Bu sahədə vəziyyətin müzakirə olunması üçün 4 veriliş hazırlanacaq və maarifləndirici bukletlər nəşr olunacaq.

    Onun dediyinə görə, layihənin sonunda dövlət qurumaları nümayəndələrinin, ictimai şura üzvlərinin iştirakı ilə konfrans keçiriləcək və ictimai iştirakçılığa töhfə verən şəxslərə xüsusi mükafatlar təqdim olunacaq.

    Layihənin 3 ay müddətində icra olunacağı nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR