Ermənistan İstintaq Komitəsinə Arqişti Kərəmyan sədr təyin olunub.
AzadMedia.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilib. Kərəmyan buna qədər ötən ilin dekabrından İstintaq Komitəsinin sədr müavini vəzifəsini icra edib. O, hazırda sədr postunda Ayk Qriqoryanı əvəz edir.
Qeyd edək ki, 30 yaşlı A.Kərəmyan 2020-ci ilin oktyabrından Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.