Rusiya Prezidenti Vladimir Putinin proqramında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı nəzərdə tutulmur.
Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Hələ ki, proqramda yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, Ərdoğan NATO toplantısı sonrasında Rusiya və Ukrayna prezidentləri ilə bu həftə sonu, yaxud növbəti həftə taxıl dəhlizini müzakirə edəcəyini açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.