AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Türkiyənin milli maşınını sürdü

  • + A
  • - A
  • 6-08-2022, 20:20

    Ərdoğan Türkiyənin milli maşınını sürdü


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli avtomobili TOGG-u idarə edib.

    Bu barədə dövlət başçısı sosial şəbəkə hesabında bildirib.

    “Cənnət Vətənimizin yollarında...Yerli və milli”, - Ərdoğan tvitterdə hesabında yazaraq avtomobili idarə etməsini əks etdirən fotoları paylaşıb.

    Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskla videokonfrans keçirib. Danışıqlarda kosmik və mobil texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri ilə yanaşı mövcud avtomobillərin inkişafı üçün gələcək addımlara toxunulub.

    Belə ki, Türkiyə yaxın illərdə kütləvi istehsal etmək niyyətində olduğu TOGG elektrik avtomobili üçün litium-ion batareyaları əldə edə biləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR