İstanbul Böyükşəhər Bələdiyyəsi dünən Avcılarda meydana gələn və 117 nəfərin yaralanması ilə nəticələnən metrobus qəzasından əvvəl sürücünün pisləşdiyi anları və səs qeydlərini yayıb.
AzadMedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, kadrlarda sürücünün "təcili yardım çağırın, özümü çox pis hiss edirəm" deməsi eşidilir və metrobusun 36 km sürətlə getdiyi görünür.
Məlumata görə, həmin sürücü 2012-ci ilən metrobus xətti üzrə nəqliyyat vasitəsini idarə edir.