"Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, ərazidən Birliyin balansında olan hər hansı yeraltı qaz kəməri keçmir.
Məlumata görə, fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.