AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yüksək Texnologiyalar Parkında qurumun fəaliyyətinin daha səmərəli təşkilinə dair müzakirələr aparılıb

  • + A
  • - A
  • 9-03-2021, 16:12


    AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) bu qurumun fəaliyyətinin təkmilləşdirilməsi, qarşıya qoyulan məsələlər və tapşırıqların icra vəziyyətinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

    Tədbirdə çıxış edən YT Parkın baş direktoru, professor Əbülfəz Babayev bildirib ki, müşavirənin keçirilməsində əsas məqsəd texnoparkın fəaliyyətinin daha səmərəli təşkilinin təmin olunması, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də Texnoparkın əməkdaşlarını görülən işlərdə daha fəal və məhsuldar çalışmağa sövq etməkdir.

    Ə.Babayev vurğulayıb ki, YT Parkın fəaliyyətinin ən müasir tələblərə uyğun qurulması üçün bu sahədə dünya təcrübəsi dərindən öyrənilməli, dünyanın nüfuzlu texnoparklarının fəaliyyəti ətraflı araşdırımalıdır.

    O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, Novruz bayramı münasibətilə əməkdaşların mükafatlandırılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

    Sonra çıxış edən YT Parkın icraçı direktoru Vasif Abbasov müəssisəyə yeni rezidentlərin cəlb edilməsi, gələcəkdə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.

    Ölkəmizdə innovativ layihələrin Texnopark tərəfindən dəstəkləndiyini deyən V.Abbasov bildirib ki, yüksək texnologiyalar və innovasiya siyasətinin daha aktiv tətbiqinin həyata keçirilməsi işində rezidentlərin fəaliyyətinin təmin olunması sürətləndirilməlidir.

    İclasda, həmçinin YT Parkda həftəsonları növbəli iş rejiminin təmin olunması qərara alınıb.

    Sonda bir sıra cari məsələlərə baxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR