AzadMedia.az xəbər verir ki, Qətərdə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 534 yoluxma halı qeydə alınıb.
"Sinxua"ya istinadən verilən məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Qətərdə koronavirusa yoluxanların ümumi sayı 174 762 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan 161 111 nəfər sağalıb, 275 nəfər isə vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.