AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabunçu rayonunda nişan mərasimin keçirilməsinin qarşısı alınıb

  • + A
  • - A
  • 15-03-2021, 19:05


    Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.

    DİN Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

    Polis əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən restoranın inzabatçısı, xidmət personalı və təşkilatçılar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Ümumilikdə 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR