"Çinin bir gün Aya enib onu öz ərazisi elan edə biləcəyindən ehtiyat edirəm".
Bunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson deyib.
Onun sözlərinə görə, hazırda Çinlə Qərb arasında "kainatı araşdırmaq üçün yeni yarış" gedir.
Nelson mövqeyini Çinin kosmik proqramının hərbi təyinatlı olması ilə izah edib. O, güman edir ki, Çin astronavtlarına özgə peykləri məhv etmək öyrədiləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.