AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin növbədənkənar sessiyasının 8 iyul tarixli sonuncu plenar iclasında yekun nitqi

  • + A
  • - A
  • 8-07-2022, 15:30

    Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin növbədənkənar sessiyasının 8 iyul tarixli  sonuncu plenar iclasında yekun nitqi

    Hörmətli həmkarlar, həm iclasımızın, həm də növbədənkənar sessiyamızın gündəliyinə daxil olan məsələlər başa çatdı.
    Bildirmək istəyirəm ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 5 iclası keçirilmiş, 38 qanun və 6 qərar qəbul edilmişdir. Əminəm ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə xidmət edəcəkdir.
    Hörmətli həmkarlar, növbədənkənar sessiya dövründə qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülmüşdür. İnanıram ki, həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlər gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaratmışdır. Mən səmərəli fəaliyyət üçün hamınıza təşəkkür edirəm.
    Hörmətli həmkarlar, bizim sessiyamızın başa çatması gözəl bir bayram ərəfəsinə təsadüf edir. Sabah xalqımız dünya müsəlmanlarını mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən müqəddəs Qurban bayramını qeyd edəcəkdir.
    Mən bu gözəl bayram münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edirəm, onlara dəyərli fəaliyyətlərində yeni uğurlar arzulayıram.
    Xalqımızı təbrik edirəm. Hörmətli həmkarlar, sizi təbrik edirəm, hər birinizə möhkəm can sağlığı, firavanlıq və xoşbəxtlik arzulayıram. Bizi burada müşayiət edən media nümayəndələrinin də hər birini təbrik edirəm, onlara da can sağlığı, firavanlıq və xoşbəxtlik arzu edirəm.
    Hörmətli həmkarlar, beləliklə Milli Məclisin növbədənkənar sessiyası bağlı elan edilir. (Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir.)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR