İran Xəzər dənizində hərbi təlimlərə başlayıb.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Xəzər dənizində keçirilən “Dayanıqlı Təhlükəsizlik 1401” təlimi dəniz qırıcıları, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri də daxil olmaqla müxtəlif bölmələrin iştirakı ilə başlayıb.
İranın Hərbi Dəniz Qüvvələri komandanının müavini, kontr-admiral Həmzə Əli Kaviyani bildirib ki, hər il keçirilən təlimin məqsədi bölmələrin performansını ölçmək və təcrübə ötürməkdir.
Xəzər dənizini qonşu ölkələr arasında “sülh və dostluq dənizi” olaraq xarakterizə edən Kavyani, “Bu dənizin nizamını və təhlükəsizliyini heç kimin pozmasına icazə verməyəcəyik” deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.