Odessada II Yekaterinanın abidəsinin məşhur aktyor Billi Herrinqtonun heykəli ilə əvəz edilməsinə dair petisiya 25 min səs toplayıb.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, müraciət Ukrayna prezidenti Volodimir Zelenskiyə ünvanlanıb.
Bildirilib ki, Rusiya imperatriçası Ukrayna dövlətçiliyinə və mədəniyyətinə zərər vurub və onun heykəlinin sökülməsi zəruridir.
Ölkə qanunlarına görə, Ukrayna prezidenti petisiyaya baxmağa və 25 min imza topladığı təqdirdə ona cavab verməyə borcludur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.