AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QAFQAZ İSLAM ORDUSUNUN BAKINI İŞĞALDAN AZAD ETMƏSİNƏ (15 SENTYABR 1918-Cİ İL) HƏSR OLUNMUŞ YAĞLI BOYA RƏSM MÜSABİQƏSİ - ÖZƏL

  • + A
  • - A
  • 15-07-2022, 14:04

    QAFQAZ İSLAM ORDUSUNUN BAKINI İŞĞALDAN AZAD ETMƏSİNƏ (15 SENTYABR 1918-Cİ İL) HƏSR OLUNMUŞ YAĞLI BOYA RƏSM MÜSABİQƏSİ  - ÖZƏL
    QAFQAZ İSLAM ORDUSUNUN BAKINI İŞĞALDAN AZAD ETMƏSİNƏ (15 SENTYABR 1918-Cİ İL) HƏSR OLUNMUŞ YAĞLI BOYA RƏSM MÜSABİQƏSİ

    Azadmedia.az - Nuru Paşa (Mustafa Nuri Killigil) komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək.

    Mövzu: Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz?

    İştirak şərtləri və müraciət qaydası
    • Müsabiqədə hər yaş kateqoriyası üzrə iştirak mümkündür; Xüsusilə rəssamların, rəssamlıq təhsili alan şəxslərin və tələbələrin iştirakı arzu edilir.

    • İştirakçılar öz rəsmlərində hər növ yağlı boya materiallarından istifadə edə bilərlər.
    • Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.
    • Rəsmlərin formatı 50 sm (şaquli) x 70 sm (üfüqi) və ya 70 sm (şaquli) x 90 sm (üfüqi) ölçülərində olmalıdır.
    • Müsabiqəyə göndəriləcək rəsmin üz tərəfində iştirakçının imzası və ya ləqəbindən başqa heç bir məlumat yazılmamalıdır.
    • Rəsmlərin, iştirakçının məlumatlarının (ad, soyad, telefon, ünvan) etiketlə tablonun arxa tərəfinə yapışdırılması və Səfirliyimizə şəxsən və ya poçt/karqo vasitəsilə çatdırılması gözlənilir. Poçt/karqo xərci Səfirliyimiz tərəfindən qarşılanacaq.

    Poçt və ya karqo vasitəsilə göndərilən rəsmlər zədələnməyəcək şəkildə çatdırılmalıdır. Zərər görmüş işlər nəzərə alınmayacaq.
    • Səfirliyimiz göndərilən bütün rəsmlərin təmsil etmək və sərgiləmək hüququna malikdir, rəsmlərə görə heç bir ödəniş edilməyəcək.
    • Müsabiqəyə göndəriləcək rəsmləri qiymətləndirəcək Münsiflər heyəti Səfirliyimiz tərəfindən rəssamlıq sahəsində mütəxəssis olan üzvlərdən təyin ediləcək.
    • Müraciətin başlama tarixi 9 iyul 2022-ci il şənbə günü, bitmə tarixi isə 2 sentyabr 2022-ci il cümə günüdür. Müsabiqənin yekun nəticələri Səfirliyimizin sosial media hesabları vasitəsilə elan olunacaq. Münsiflər heyəti tərəfindən sərgilənməsi məqsədəmüvafiq hesab edilən rəsmlər rəssamların iştirakı ilə 15 sentyabr 2022-ci il tarixi həftəsində Səfirliyimizdə və müxtəlif sərgi salonlarında nümayiş etdiriləcək.

    Ünvan və əlaqə vasitələri
    Ünvan: Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi
    Səməd Vurğun küçəsi 134, Bakı
    Tel: +994 444 73 20, e-poçt: embassy.baku@mfa.gov.tr
    Twitter: https://twitter.com/TCBakuBE
    Facebook: https://www.facebook.com/TCBAKUBE/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR