AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişdi

  • + A
  • - A
  • 22-07-2022, 18:16

    Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişdi


    Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın tərkibi dəyişib.

    Bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.


    Sərəncama əsasən, yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

    Komissiyanın sədri

    Azərbaycan Respublikasının energetika naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

    Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.

    Komissiyanın üzvləri beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, investisiya müqaviləsinin və tələb olunan digər müqavilələrin hazırlanmasını təmin etməlidir. Bundan əvvəl müqavilələrin hazırlanması üçün 4 ay vaxt müəyyən edilmişdi.

    Bundan əvvəl Komissiyanın tərkibi aşağıdakı kimi idi:

    Komissiyanın sədri

    Azərbaycan Respublikasının energetika naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR