Ukraynadan taxıl və kənd təsərrüfatı məhsullarının daşınmasına nəzarətin bütün prosesi birgə koordinasiya mərkəzindən həyata keçiriləcək. Bu mərkəz Türkiyə Müdafiə Nazirliyinin Universitetində yaradılacaq.
Bu barədə “Yeni Şafak” məlumat yayıb.
Bildirilib ki, koordinasiya mərkəzində Türkiyə, Rusiya və Ukraynadan polkovnik və ya general rütbəsinə malik hərbi qulluqçular təmsil olunacaq. Həmçinin orada BMT nümayəndələri də olacaq.
Qeyd edlir ki, kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan bütün ticarət gəmiləri İstanbul mərkəzində qeydiyyatdan keçəcək, daşınan malların xarakteri barədə məlumat vermələri tələb olunacaq. Daşınma Ukraynanın üç limanından təhlükəsiz qaydada gecə-gündüz həyata keçiriləcək. Hərbçilər gəmiləri müşayiət etməyəcək.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna limanlarından “Taxıl məhsullarının daşınmasına dair” saziş imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.