AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kim Çen In maska rejimini ləğv etdi

  • + A
  • - A
  • 13-08-2022, 14:00

    Kim Çen In maska rejimini ləğv etdi


    Koreya Xalq Demokratik Respublikasında (KXDR) koronavirusa görə tətbiq oluna bəzi tələblər aradan qaldırılıb.

    Bu barədə “TsTAK” xəbər agentliyi məlumat yayıb. Xəstəliklə əlaqədər qüvvədə olan maska taxmaq və sosial məsafəyə riayət etmək tələbi KXDR-də ölkə lideri Kim Çen Inın virus üzərində qələbəsi barədə açıqlamasından sonra ləğv edilib.

    Lakin sərhədyanı rayonlarda bu ehtiyat tədbirləri qüvvədə qalır. Bundan əlavə, xəstəliyin simptomları zamanı maskaların taxılması tövsiyə olunur.

    Eyni zamanda, insanlara yad cisimlərə toxunmamaq barədə göstəriş verilib.

    Xatırladaq ki, KXDR-də ilk dəfə olaraq koronavirus infeksiyasına yoluxma mayın 12-də baş verib.

    Gündəlik artım mayın 15-də maksimum həddə (392 920) çatıb, bundan sonra göstərici tədricən azalıb.

    İyulun 30-da Xalq Cümhuriyyəti hakimiyyət orqanları ilk dəfə olaraq ötən gün ərzində hər hansı yeni qızdırma halının aşkar edilmədiyini bildirdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR