AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərq İnşaat” MMC, “Lalə tekstil” MMC ağacları kəsdi, barələrində akt tərtib edildi

  • + A
  • - A
  • 9-07-2022, 13:36

    Şərq İnşaat” MMC, “Lalə tekstil” MMC ağacları kəsdi, barələrində akt tərtib edildi

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi rayonunda, eləcə də Balakən və Yevlax rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 25450 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Faktlarla bağlı “Şərq İnşaat” MMC, “Lalə tekstil” MMC, həmçinin Zaqatala rayon sakini Ramil Rəcəbov barəsində akt tərtib edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

    Vətəndaşları yaşıllıqların məhv edilməsinə yol verməməyə, bu cür hallar aşkar edildikdə isə dərhal Nazirliyin 168 saylı “Qaynar Xətt”inə məlumat verməyə çağırırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR