Azadmedia.az Metbuat az-a istinadən xəbər verir ki, Azərbaycanda 20-yə yaxın şəxs İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən "Babadağ" pirinə ziyarətə gediblər və onlardan xəbər yoxdur.
FHN-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, daxil olan məlumat əsasında hadisə ilə bağlı tədbir görülür:
"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb", - deyə məlumatda qeyd olunub.
11:20
Azərbaycanda 20-yə yaxın şəxs İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən "Babadağ" pirinə ziyarətə gediblər.
Metbuat.az-ın qaynar xəttinə ziyarətə gedənlərin qohumları bildirib ki, onlardan xəbər ala bilmirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Bildirildi ki, sorğuya əsasən məsələ ilə bağlı araşdırma aparılacaq.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Babadağ İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən dağ olub dəniz səviyyəsindən 3632 metr yüksəkdə yerləşir. Babadağ həm də ziyarətgah yeridir və zirvəsi "Həzrətbaba" piri adlanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.