AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qayçı udan vətəndaş TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzində əməliyyat olunub

  • + A
  • - A
  • 9-09-2022, 10:39

    Qayçı udan vətəndaş TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzində əməliyyat olunub

    Təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən 06.09.2022-ci il saat 22:10 radələrində yad cisim (qayçı) udan vətəndaş Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim (qayçı) aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.

    Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.

    Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.

    Nərimanov Tibb Mərkəzinin MƏLUMATI


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR