AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 15-01-2024, 11:03

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    13-14 yanvar tarixlərində ölkə ərazisində qeydə alınan* 114, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 70, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 45 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.
    ***

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

    13-14 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 3 qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 242 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
    ***

    13-14 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 5 ədəd müxtəlif markalı tapança, 11 ədəd tüfəng, 3 patron darağı və 15 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
    ***

    13-14 yanvar tarixlərində polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 28 kiloqram 690 qram marixuana, 2 kiloqram 435 qram heroin və 422 qram metamfetamin olub.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
    ***

    13-14 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd qumbara, 1 ədəd avtomat silahı, 1 tapança, 2 tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
    ***

    Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* bir nəfərin bank kartından hesabındakı 620 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nəcəf Məmmədov müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.
    ***

    Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində üzərində 390 manat dəyərində açar dəsti, çanta, mobil telefon və dəbilqə olan 3200 manat dəyərində mopedin oğurlanması barədə polisə məlumat daxil olub.

    Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakinləri Mürsəl Səmədov və Yusif Mirzəyev müəyyən olunaraq saxlanılıblar.

    Araşdırma aparılır.
    ***

    Nərimanov rayonu ərazisində yerləşən inşaat mağazalarının birindən dəyəri 2500 manatdan çox olan inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

    *Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən* Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ariz İsmayılov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR