Dəniz səviyyəsindən 1373 metr hündürlükdə yerləşən bu ucqar dağ kəndi qazlaşdırılır Dəniz səviyyəsindən 1373 metr hündürlükdə yerləşən Şəmkir rayonunun Atabəy kəndinin etimoloji mənası qəyyum deməkdir. Bu ildən etibarən SOCAR-ın “Azəriqaz” İB-nin də Atabəy kəndində qəyyumluq etmək hüququ yaranıb. Çünki adıçəkilən kəndin qazlaşdırılması həyata keçirilir. Bu, həm də o deməkdir ki, yeni salınan qaz xətlərinə nəzarət SOCAR-ın “Azəriqaz” İB tərəfindən həyata keçiriləcək. Görülən işləri isə Birliyin böyük mühəndisi Nizaməddin İsmayılov ətraflı şəkildə izah etdi. Qeyd edək ki, Atabəy kəndinə çəkilən qaz xətləri ümumilikdə 162 təsərrüfatı mavi yanacaqla təmin edəcək.