Avropa İttifaqına (Aİ) üzv dövlətlər ABŞ-dən neft idxalını 10 il ərzində maksimuma çatdırıblar. Belə ki, 2024-cü il üçün idxalın həcmi 12,17 milyard dollar təşkil edib.
Bu barədə ABŞ statistika xidmətinin məlumatlarında göstərilib.
Ötən il ümumilikdə 173,8 milyon barel ABŞ nefti ixrac edilib ki, bu da 2023-cü illə müqayisədə 40 % çoxdur.
ABŞ neftinin ilk beş ən böyük idxalçısı Niderland, Belçika, Fransa, Polşa və Almaniyadır. Təkcə Niderland 6 milyard dollarlıq məhsul alıb. Bu, ABŞ-dən Avropa neft idxalının yarısını təşkil edib.
Belçika ABŞ-dən təxminən 2,32 milyard, Fransa isə 1,6 milyard dollarlıq neft məhsulları alıb.
Bütün digər Aİ ölkələri idxalın 2 milyard dollarını və ya 20 %-dən azını təşkil edib. Eyni zamanda, Avropa bazarına tədarük ABŞ neft məhsulları ixracının təxminən 10 %-ni təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.