AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əfsanəvi Ayasofya məscidinin günbəzi 600 ildən sonra ilk dəfə bərpa olunmağı gözləyir

  • + A
  • - A
  • 14-04-2025, 23:50

    Əfsanəvi Ayasofya məscidinin günbəzi 600 ildən sonra ilk dəfə bərpa olunmağı gözləyir

    İstanbulda “Müqəddəs Sofiya Katedrali” kimi tanınan dünyaca məşhur Ayasofya məscidinin əsas günbəzi irimiqyaslı layihə çərçivəsində altı əsrdən sonra ilk dəfə bərpa olunacaq.

    Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda məşhur Ayasofya məscidinin günbəzində genişmiqyaslı bərpa işlərinin başlandığını açıqlayıb.

    — Ayasofya məscidinin günbəzi onun zəlzələlərə daha davamlı olması üçün gücləndiriləcək, — nazir X sosial şəbəkəsindəki hesabında bildirib.

    Onun sözlərinə görə, strukturun gücləndirilməsi strukturun zəlzələlərə davamlılığını artırmaq məqsədi daşıyır - bu, seysmik aktiv region üçün aktual problemdir.

    Əsrlər boyu həm xristian məbədi, həm də müsəlman məscidi kimi xidmət edən Ayasofya Bizans və Osmanlı memarlığının əsas simvollarından biridir. Dövrünün memarlıq və mühəndislik möcüzəsi olan baş günbəz VI əsrdə yaradılandan bəri ciddi restavrasiyadan keçməmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR