Azadmedia.az xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin elan etdiyi “Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri işləri” üzrə tender müsabiqəsi ləğv olunub.
Satınalmaların vahid internet portalında yerləşdirilən məlumata görə, müsabiqənin ləğvinə səbəb olaraq satınalmada iştirak etmək üçün tələb olunan şərtlərə cavab verən təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib.
Qeyd edək ki, tenderin ümumi dəyəri 141 min 9 manat məbləğində qiymətləndirilmişdi. Müsabiqə avqustun 6-da dərc olunmuş, təkliflərin qəbulu isə avqustun 28-də başa çatmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.